AZ

Bu gecə ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.   Manset.az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na, yəni martın 18-dən 19-na keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Xatırladaq ki, Ramazan ayı Azərbaycanda martın 1-də başlayıb. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.

Seçilən
36
12
manset.az

10Mənbələr