Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.
Senzor.az Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi cədvələ istinadən bildirir ki, bu il ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni martın 18-dən 19-na keçən gecəyə təsadüf edir.
İkinci Qədr gecəsi martın 20-də, üçüncüsü 22-də, sonuncusu isə 26-da olacaq.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.