AZ

Bu gün ilk Qədr gecəsidir


Bu gün Azərbaycanda ilk Qədr (əhya) gecəsidir.

Medicina.az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni martın 18-dən 19-na keçən gecəyə təsadüf edir.

İkinci Qədr gecəsi martın 20-də, üçüncüsü 22-si, sonuncusu isə 26-da olacaq.

Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Xatırladaq ki, martın 30-u Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.

Seçilən
7
12
medicina.az

10Mənbələr