AZ

Yasamalda şəhid ailələri üçün iftar süfrəsi açılıb - FOTOLAR

Ramanzan ayı münasibətilə Yasamal rayonunda şəhid ailələri və ictimaiyyət nümayəndələri üçün iftar süfrəsi təşkil edilib.

"Unikal" xəbər verir ki, mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhid ailə üzvləri, qazilər, müharibə veteranları və digər şəxslər iştirak edib.

Mərasimdə Ramazan ayının  dəyərlərindən söhbət aşılıb, Qurani-Kərimdən ayələr oxunub və şəhidlərimizin əziz xatirələri yad edilib.

Seçilən
1
50
unikal.az

10Mənbələr