AZ

Kənan Novruzzadə vəzifəsindən azad edildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsindəki Aztelekom MMC-ə məxsus Azərrabitəlayihə MMC-nin direktoru Kənan Novruzzadə vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, şirkətə rəhbərlik Nazim Əliyevə həvalə olunub.

Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.

Seçilən
12
3
publika.az

10Mənbələr