Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsindəki Aztelekom MMC-ə məxsus Azərrabitəlayihə MMC-nin direktoru Kənan Novruzzadə vəzifəsindən azad edilib.
İNFOAZ.WS xəbər verir ki, şirkətə rəhbərlik Nazim Əliyevə həvalə olunub.
Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.
“Aztelekom”un tərkibində “Azərrabitəlayihə”dən əlavə telekommunikasiya operatoru Azeurotel MMC də fəaliyyət göstərir.