AZ

Kənan Novruzzadə vəzifəsindən azad edildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsindəki Aztelekom MMC-ə məxsus Azərrabitəlayihə MMC-nin direktoru Kənan Novruzzadə vəzifəsindən azad edilib.

Vətəninfo.az xəbər verir ki, şirkətə rəhbərlik Nazim Əliyevə həvalə olunub.

Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.

“Aztelekom”un tərkibində “Azərrabitəlayihə”dən əlavə telekommunikasiya operatoru Azeurotel MMC də fəaliyyət göstərir.

Seçilən
13
3
veteninfo.az

10Mənbələr