AZ

Ağdamda iki gənci bıçaqlayan saxlanılıb - YENİLƏNİB

Ağdamda baş verən bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən Abdullasoylu Həsən Zaur oğlu polis tərəfindən saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, o, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin ikinci kurs tələbəsidir.

***

19 mart, saat 21:23


Ağdamda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, sözügedən hadisə bu gün rayonun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Sosial-İqtisadi kollecinin inzibati binasının qarşısında qeydə alınıb.

Belə ki, mübahisə zəminində Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq xəsarətləri yetirilib.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Seçilən
26
5
sherg.az

10Mənbələr