1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Boliviya hökuməti son aylarda 50-dən çox insanın ölümünə səbəb olan yağışların gətirdiyi daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkə Prezidenti Luis Arse hökumət üzvlərinin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verib.
"Təbii fəlakət bizi ölkədə fövqəladə vəziyyət elan etməyə məcbur edir. Bu gün biz müvafiq fərman dərc etdik ki, bu da dəymiş ziyanla mübarizədə iştirak edən bütün şəxslərin işini sürətləndirəcək", - deyə o bildirib.
Arsenin sözlərinə görə, 209 bələdiyyə güclü yağışlardan zərər görüb.
"Bu il təbii fəlakət 818 evi dağıdıb və biz onları bərpa edəcəyik. 51 nəfərin öldüyü, 8 nəfərin itkin düşdüyü barədə əlimizdə məlumat var", - deyə o qeyd edib.
Boliviyada yağış mövsümü 2024-cü ilin noyabrında başlayıb. Vəziyyət son bir həftə ərzində daha da pisləşib. Səlahiyyətlilərin məlumatına görə, son 40 ilin ən güclü yağışından söhbət gedir.









