AZ

Trampın Qrenlandiya planı: “Rusiya və Çin fəaliyyətini...”

“Amerika Birləşmiş Ştatları Qrenlandiyanı əldə edəcəyi təqdirdə adadan Rusiya və Çinin fəaliyyətini izləmək üçün istifadə edə bilər”. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, Qrenlandiya üzərində nəzarətin əldə edilməsi ABŞ administrasiyasına Arktikada hava və dəniz qüvvələrinin iştirakını genişləndirmək, eləcə də oradakı Rusiya və Çin fəaliyyətini daha yaxından izləmək üçün yeni imkanlar yarada bilər.

Qeyd olunr ki, hazırda adada ABŞ Hərbi Hava Qüvvələrinin şimal bazası, raket təhlükələrinin aşkarlanması və kosmik məkanın monitorinqi üçün istifadə edilən radar stansiyası mövcuddur. Bundan əlavə, Vaşinqton Qrenlandiyanın zəngin təbii ehtiyatları ilə də maraqlanır. 

Agentlik qeyd edir ki, iqlim dəyişikliyi səbəbindən adanı örtən buzlaqların əriməsi bu ehtiyatların çıxarılmasını asanlaşdıra, eyni zamanda ABŞ, Avropa və Asiya arasında daha qısa dəniz ticarət marşrutlarının açılmasına töhfə verə bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 13-də Qrenlandiyanın ABŞ tərəfindən anneksiya ediləcəyinə əmin olduğunu bildirib.

Bundan əvvəl o, Qrenlandiya əhalisinin bu Danimarka ərazisinin ABŞ-ə qoşulması barədə qərarını dəstəkləyəcəyini söyləmişdi. Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-ə birləşdirilməli olduğunu vurğulayıb.

O, Danimarkanın adadan imtina etmədiyi halda bu ölkəyə qarşı yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib. Hələ birinci prezidentlik dövründə Tramp Qrenlandiyanı satın almaq təklifini irəli sürmüşdü, lakin Danimarka və Qrenlandiya hakimiyyəti bu ideyanı rədd etmişdi.

Bildirək ki, Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO çərçivəsindəki müttəfiqlik öhdəliklərinə əlavə olaraq, Qrenlandiyanın müdafiəsi haqqında müqavilə imzalayıblar. 

Müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumaq öhdəliyini götürüb. Hazırda Qrenlandiyada ABŞ-nin “Pituffik” adlı kosmik bazası yerləşir və bu baza raket hücumlarından xəbərdarlıq sistemi və Arktikanın müşahidəsi funksiyalarını yerinə yetirir.

Seçilən
46
34
cebheinfo.az

10Mənbələr