AZ

ABŞ Qrenlandiyadan casusluq etmək üçün istifadə edə bilər

ABŞ Qrenlandiyanı əldə etsə, adadan Rusiya və Çinin Arktikadakı fəaliyyətini izləmək üçün istifadə edə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat verib.

Bildirilir ki, Qrenlandiya üzərində nəzarəti əldə etmək ABŞ administrasiyasına Arktikada hava və dəniz mövcudluğunu genişləndirmək və orada Çin və Rusiyanın fəaliyyətinə nəzarəti gücləndirmək üçün yeni imkanlar yarada bilər. Məlumata görə, hazırda adada ABŞ Hərbi Hava Qüvvələrinin şimal bazası, həmçinin raket təhdidlərini müəyyən etmək və kosmosa nəzarət etmək üçün istifadə edilən radar stansiyası yerləşir.

Bundan əlavə, Vaşinqton Qrenlandiyanın zəngin mineral ehtiyatları ilə maraqlanır. Qeyd olunur ki, iqlim dəyişikliyi səbəbindən adanı örtən buz təbəqəsinin əriməsi potensial olaraq onların əldə edilməsini asanlaşdıra, həmçinin ABŞ, Avropa və Asiya arasında daha qısa dəniz ticarət yollarını aça bilər.

Xatırladaq ki, Tramp martın 13-də ABŞ-nin Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı ilhaq edəcəyinə əminliyini ifadə etmişdi. ABŞ lideri dəfələrlə bildirib ki, Qrenlandiya ABŞ-yə qoşulmalıdır.

Mənbə: oxu.az

Seçilən
99
34
oxu.az

10Mənbələr