Göygöldə bıçaqlanma olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü N.Əsgərov dizinin və qolununun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Xəstəyə yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 41 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov