Gəncədə hərəkətdə olan minik maşınının vurduğu piyada xəstəxanada ölüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1949-cu il təvəllüdlü Yunis İsayevi vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu