AZ

Gəncədə 76 yaşlı kişini avtomobil vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1949-cu il təvəllüdlü Y.İsayevi vurub.

Piyada xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
89
13
apa.az

10Mənbələr