Mingəçevirdə iki uşaq anası sirkə turşusundan zəhərləndi.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə 5 saylı Dəmir Beton Məmulatları Zavodunun- keçmiş məcburi köçkünlərin bir hissəsinin müvəqqəti məskunlaşdığı yaşayış binasında baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Quliyeva Zərnişan Rizvan qızı ehtiyatsızlıq nəticəsində sirkə turşusu içərək zəhərlənib və dərhal xəstəxanaya çatdırılıb.
Onun vəziyyəti ağır olaraq dəyərləndirilir.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.