AZ

Goranboyda ata 17 yaşlı qızını bıçaqlayıb

Goranboyda bıçaqlanma olub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Balakürd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü (şərti adı G.C.) şəxsə ailə münaqişəsi zəminində atası 1979-cu il təvəllüdlü Rafiq Cəfərov tərəfindən bıçaqla xəsarət yetirilib.

Xəsarət alan şəxsə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
64
3
unikal.az

10Mənbələr