AZ

Ərdoğan Putinlə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

Bu haqda “TRT haber” məlumat yayıb.

Danışıq zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Rusiya Türkiyə ilə Rusiya arasında əməkdaşlığın regional problemlərin həllində mühüm əhəmiyyət kəsb etdiyini, Türkiyənin Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə son qoymaq üçün başlayan prosesi yaxından izlədiyini və davamlı sülhün təmin edilməsi üçün Türkiyənin hər cür dəstəyi, o cümlədən sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.

O, Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoşniyyətli addımların sülh prosesinə töhfə verəcəyini və Türkiyənin Qara dənizin münaqişə zonasına çevrilməsinin qarşısını almaq üçün öhdəsinə düşəni etdiyini deyib.

Danışıq zamanı Türkiyənin Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini, Suriyanın ərazi bütövlüyü əsasında davamlı sülh və sabitliyə nail olması üçün Türkiyə və Rusiyanın birgə çalışmasının vacib olduğunu, Türkiyə və Rusiyanın Suriyanın birliyini pozmaq, etnik və məzhəb ayrı-seçkiliyini gücləndirmək, Suriyaya qarşı sanksiyaları tamamilə aradan qaldırmaq üçün birlikdə çalışa biləcəyini bildirib.

Seçilən
61
11
demokrat.az

10Mənbələr