Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
News24.az xəbər verir ki, danışıq zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan Türkiyə ilə Rusiya arasında əməkdaşlığın regional problemlərin həllində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Həmçinin, Türkiyənin Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə son qoyulması üçün başlayan prosesi yaxından izlədiyi, davamlı sülhün təmin olunması üçün Ankaranın hər cür dəstəyi, o cümlədən sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğu qeyd olunub.
Ərdoğan Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq addımların sülh prosesinə töhfə verəcəyini və Türkiyənin Qara dənizin münaqişə zonasına çevrilməsinin qarşısını almaq üçün üzərinə düşəni etməyə davam etdiyini bildirib.
Eyni zamanda Türkiyənin Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyi, Suriyanın ərazi bütövlüyü əsasında davamlı sülh və sabitliyə nail olması üçün Ankara və Moskvanın birgə çalışmasının vacibliyi vurğulanıb./Publika.az