AZ

Sabah hava necə olacaq?

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəvə səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +7 dərəcədən +10 dərəcəyədək, gündüz+16 dərəcədən +21 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civəsütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin gündüz əsasən dağlıq ərazilərdə arabir yağıntılı olacağıgözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı,dolu düşəcəyi, bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayimşərq küləyi əsəcək.

Havanın temperaturu gecə +6 dərəcədən +10 dərəcəyədək, gündüz+21 dərəcədən +26 dərəcəyədək, dağlarda gecə +2 dərəcədən +7dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədək olacaq.

Məqalədə:
Seçilən
45
40
az.trend.az

10Mənbələr