AZ

Sabah Bakıda 21, bölgələrdə isə 26 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Gundem.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +7 dərəcədən +10 dərəcəyədək, gündüz +16 dərəcədən +21 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz əsasən dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +6 dərəcədən +10 dərəcəyədək, gündüz +21 dərəcədən +26 dərəcəyədək, dağlarda gecə +2 dərəcədən +7 dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədək olacaq.

Seçilən
92
40
gundem.az

10Mənbələr