AZ

Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə edir - Kallas

Aİ ölkələri artıq Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə edirlər.

"Unikal" xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Avropa Parlamentinin üzvləri qarşısında çıxışı zamanı deyib.

"Biz bu yaxınlarda Rusiyaya təzyiqi saxlamaq üçün 16-cı sanksiyalar paketini təsdiq etdik. Hazırda 17-ci paketi müzakirə edirik və bunun bizə lazım olduğuna dair artıq aydın konsensus var", -Kallas bildirib. 

Xatırladaq ki, martın 31-də altı Avropa ölkəsi yeni anti-Rusiya sanksiyaları tətbiq etməyə hazır olduqlarını bəyan ediblər. Aİ diplomatiyasının rəhbəri Kaya Kallas və Almaniya, Polşa, Fransa, Böyük Britaniya, İspaniya və İtaliya Xarici İşlər nazirliklərinin rəhbərlərinin birgə bəyanatından məlum olduğu kimi, Rusiyaya qarşı sanksiyaları genişləndirmək niyyətindədir.

Seçilən
58
50
unikal.az

10Mənbələr