"ABŞ-ın təklif etdiyi yeni layihə amerikalılara bütün yataqlar üzərində tam nəzarət verir, bunun müqabilində Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətləri yoxdur..."
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini bu həftə razılaşdırılması gözlənilən faydalı qazıntılarla bağlı müqavilənidən "imtinaya cəhd etməkdə" ittiham edib.
Moderator.az xəbər verir ki, bu barədə yazıb.
Məlumatda deyilir ki, Ukrayna tərəfi müqavilənin şərtlərinin son günlərdə çox dəyişdiyini bəyan edib.
O, Ukrayna prezidentinə müqaviləni imzalamayacağı təqdirdə "böyük problemlərlə" üzləşəcəyini bildirib. Tramp Ukraynanın NATO-ya üzv olmasının faydalı qazıntılarla bağlı müqavilənin mövzusu olmadığını söyləyib.
"O, NATO-ya üzv olmaq istəyir. Amma o, heç vaxt NATO-ya üzv olmayacaq. O, bunu anlayır. Beləliklə, əgər o, müqaviləni yenidən nəzərdən keçirmək istəyirsə, böyük problemləri olacaq", - Tramp deyib.
"Biz faydalı qazıntılarla bağlı müqavilə bağladıq, indi isə o deyir: "Bilirəm, mən müqaviləni yenidən nəzərdən keçirmək istəyirəm", - Birləşmiş Ştatlar prezidenti deyib. Onun sözlərinə görə, müqavilə artıq hazırlanıb, amma indi Kiyev, iddiaya görə, NATO üzvlüyünü şərt kimi irəli sürür.
Bununla yanaşı, CNN-ə görə, Ukrayna tərəfi müqavilənin şərtlərinin son günlərdə çox dəyişdiyini bildirib. Zelenskiyə görə, müzakirə olunan müqavilənin şərtləri "daima dəyişir", amma ümumilikdə Ukrayna gələcək razılaşmaya müsbət yanaşır.
Məqalə əlavə edib ki, ötən cümə günü Zelenski tərəflərin artıq "çərçivə razılaşması" barədə razılığa gəldiyini, sonra isə əlavə tədqiqatlar və Ukrayna Ali Radasında ratifikasiya ediləcək tam razılaşmanın müzakirə ediləcəyini bildirib. Lakin sonra ABŞ tərəfi mövqeyini dəyişib və "tam razılaşmanın dərhal təqdim edilməsini" tələb edib.
Məqalədə qeyd edilib ki, ABŞ Maliyyə Nazirliyinin irəli sürdüyü yeni təklif əvvəlcədən nəzərdə tutulan müqaviləni çox aşır və fevralın sonunda imzalanması planlaşdırılan müqaviləni üstələyir.
Ancaq bu təklif Ukraynanın tələblərindən biri olan konkret təhlükəsizlik zəmanətləri barədə heç bir ifadəni özündə ehtiva etmir. Bunun əvəzinə təklifdə ABŞ-ın bütün Ukrayna ərazisindəki neft və qaz yataqları üzərində hüquqları qeyd olunub.
Tramp administrasiyası ukraynalıları yalnız bu müqaviləni imzalayaraq qazanacaqlarına inandırmağa çalışır. Ağ Ev faydalı qazıntılarla bağlı potensial razılaşmanın ABŞ-ın Ukraynaya sərmayə qoymağına əsas səbəb olacağını iddia edir.
Faydalı qazıntıların hasilatı üzrə razılaşma
ABŞ Ukraynaya faydalı qazıntılarla bağlı yeni layihə təqdim edib ki, bu, əslində amerikalılara bütün yataqlar üzərində tam nəzarət verir və bunun müqabilində Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətləri yoxdur.
Ağ Ev Kiyevdən yeni razılaşmanı tez bir zamanda imzalamasını gözləyir, lakin problem ondadır ki, Ukrayna tərəfi təqdim olunan şərtləri qəbul edə bilməyəcək.