ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini bu həftə razılaşdırılması gözlənilən faydalı qazıntılar üzrə sazişdən uzaqlaşmağa çalışmaqda ittiham edib.
HİT.az xəbər verir ki, o, ukraynalı həmkarını müqaviləni imzalamadığı təqdirdə böyük problemlərlə hədələyib.
"O, NATO-nun üzvü olmaq istəyir. Amma heç vaxt NATO-nun üzvü olmayacaq. O, bunu başa düşür. Ona görə də müqaviləni yenidən müzakirə etmək istəsə, böyük problemləri olacaq", deyə Tramp qeyd edib.
"Biz faydalı qazıntılar üzrə sövdələşmə etdik və indi o, "yaxşı, bilirsiniz, mən müqaviləni yenidən müzakirə etmək istəyirəm" deyir", deyəAğ Evin rəhbəri bildirib.
Eyni zamanda, CNN-in xəbər verdiyi kimi, Ukrayna tərəfi son günlər razılaşmanın şərtlərinin əhəmiyyətli dərəcədə dəyişdiyini bəyan edib. Zelenskinin sözlərinə görə, danışıqlar aparılan sazişin şərtləri daim dəyişir, lakin ümumilikdə Ukrayna gələcək razılaşmaya müsbət yanaşır.
Nəşr qeyd edir ki, ötən cümə axşamı Zelenski tərəflərin artıq çərçivə sazişi haqqında razılığa gəldiyini, bundan sonra Ali Radada əlavə araşdırmalar və ratifikasiyanı ehtiva edən tam razılaşmanın müzakirə ediləcəyini bildirib. Lakin sonra Amerika tərəfi mövqeyini dəyişdi və tam razılığın dərhal irəli sürülməsini tələb etməyə başlayıb.
Nəşr əlavə edib ki, ABŞ Maliyyə Nazirliyinin irəli sürdüyü yeni təklif fevralın sonunda imzalanması nəzərdə tutulan ilkin təklifdən xeyli kənara çıxıb.
Bununla belə, Ukraynanın prioritetlərindən biri - xüsusi təhlükəsizlik təminatları ilə bağlı ifadələr daxil deyil. Əvəzində o, ABŞ-ın Ukraynadakı bütün neft və qaz yataqları üzərində hüquqlarını iddia edir.
Tramp administrasiyası ukraynalıları inandırmağa çalışır ki, onlar yalnız bu müqaviləni imzalamaqdan faydalanacaqlar. Ağ Ev iddia edir ki, potensial mineral sövdələşmə ABŞ-ın Ukraynaya investisiya qoymasının əsas səbəbi olacaq.
Samir