Bakı. Trend:
1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən uşaq,qoca və qadın deyilmədən şəhid edilən qardaşlarımızın xatirəsinirəhmətlə yad edir, Azərbaycan xalqının dərdini ürəkdənbölüşürəm.
Trend xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisininsədri Numan Kurtulmuş "X" sosial media hesabında qeyd edib.
"Bütün dünya insanlığa qarşı törədilən bu cinayətin qurbanlarınaməhəl qoymasa da, onların var olacaq", - deyə o, əlavə edib.
Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci ilfevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmişsovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayınıniştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Ermənitəcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbətikütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakinəsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Busoyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq həriki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.