Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə şərikik.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin "X" sosial media hesabında paylaşım edilib.
"Belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün, regionda sülhün bərqərar olması üçün çalışmaq lazimdır", - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun