AZ

Hakan Fidan Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib

Bakı. Trend:

32 il əvvəl Xocalıda dünya gözləri qarşısında qətlə yetirilənqardaşlarımızın xatirəsini yad edir, Can Azərbaycana başsağlığıverirəm.

Trend xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziriHakan Fidan "X" sosial media hesabında qeyd edib.

"Türkiyə hər zaman Azərbaycanın yanındadır", - deyə H.Fidanəlavə edib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci ilfevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmişsovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayınıniştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Ermənitəcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbətikütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakinəsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Busoyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq həriki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Seçilən
84
22
az.trend.az

10Mənbələr