2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olmuş Tuncay Əlizadənin anası Rəna xanım vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.
Xatırladaq ki, Əlizadə Tuncay Nicad oğlu 25 noyabr 2004-cü il Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olub. 20 sentyabr 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, ötən gün Vətən müharibəsi şəhidi Mehrab Əliyevin anası Almaz Əliyeva da dünyasını dəyişib.