"Araz-Naxçıvan" qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.
Bu barədə Bakıvaxtı.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Mərakeşəsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla "6 ay +1 illik" müqavilə imzalanıb. 27 yaşlı oyunçu son olaraq Moldovada "Şerif"də çıxış edib.
Qeyd edək ki, Əyyub Allaş 2023-cü ilin qışından 2024-cü ilin yayınadək “Qəbələ”nin formasını geyinib. Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 millisində də çıxış edib.