AZ

ABŞ-də iki təyyarə bir-birilə toqquşub - VİDEO

ABŞ-nin Vaşinqton əyalətindəki Seattle-Tacoma Beynəlxalq Hava Limanında iki təyyarə bir-birilə toqquşub.

“AzPolitika” xəbər verir ki, Yaponiya Hava Yollarına məxsus sərnişin təyyarəsinin sağ qanadı ABŞ-ın Sietl-Tacoma Beynəlxalq Hava Limanında taksi sürərkən park edilmiş Delta Air Lines təyyarəsinin quyruğuna dəyib.

“Delta” Hava Yolları açıqlamasında heç kəsin xəsarət almadığını və sərnişinlərin Meksikanın Puerto Vallarta şəhərinə getmək üçün başqa təyyarəyə köçürüləcəyini bildirib.

ABŞ Federal Aviasiya İdarəsi hava limanına bəzi uçuşların dayandırıldığını və insidentin səbəbinin araşdırılacağını bildirib.

“AzPolitika.info”

Seçilən
10
41
azpolitika.info

10Mənbələr