"Araz-Naxçıvan" qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.


Rekord.az xəbər verir ki, mərakeşəsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla "6 ay +1 illik" müqavilə imzalanıb.


27 yaşlı oyunçu son olaraq Moldovada "Şerif"də çıxış edib.


Allaş 2023-cü ilin qışından 2024-cü ilin yayınadək “Qəbələ”nin formasını geyinib. Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 millisində də çıxış edib.