Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk görüşləri keçiriləcək.
"Operativ Media" xəbər verir ki, Reqlamentə əsasən şahmatçılar bir-biriylə həm ağ, həm də qara fiqurlarla mübarizə aparır. Bərabərlik qeydə alınacağı halda tay-brek oynanılır.
Azərbaycan çempionatı
1/4 final
Kişilər
Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı
Vüqar Əsədli - Teymur Rəcəbov
Rauf Məmmədov - Əhməd Əhmədzadə
Misrətdin İsgəndərov - Aydın Süleymanlı
Qadınlar
Günay Məmmədzadə - Səbinə İbrahimova
Türkan Məmmədyarova - Gövhər Beydullayeva
Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarova
Gülnar Məmmədova - Xanım Balacayeva
Qeyd edək ki, ¼ finalın tay-brek mərhələsində məğlub olan Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli və Nicat Məmmədov mübarizəni dayandırıb.
“Landmark” Biznes Mərkəzində təşkil olunan ölkə çempionatında partiyalar hər gün saat 15-00-da başlayır.