Bullinqə məruz qalan şagird özünü öldürdü. Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub. AzPost Oxu.az-a istinadən xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.
Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib.
Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.
Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.
17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.
Faktla bağlı araşdırma aparılır.
Əlavə olaraq oxu:
Bullinqə kim və nə üçün məruz qalır?
Əvvəllər bullinqin qurbanları zəif uşaqlar hesab edilirdi. Onların fərqli görkəmi, davanışı olur və özlərini müdafiə edə bilmirdilər. Hələ də bəziləri düşünür ki, ağır çəkili, çəlimsiz, kürən, çilli, eynəkli və ya sivilcəkli fiziki görünüşə malik uşaqlar daha çox bullinqə məruz qalırlar. Bundan əlavə, bullinqin qurbanları arasında adətən öz hərəkətləri ilə başqalarını qıcıqlandıran uşaqlar da olur. Müasir tədqiqatlar və təcrübə göstərir ki, qurbanlar tam təsadüf nəticəsində seçilir. Belə ki, təhsil və idman sahəsində uğur qazanan uşaqlar da sırf paxıllıq üzündən bullinqə məruz qalırlar.
Zorakılığa məruz qalan bütün uşaq və yeniyetmələrin bir ümumi cəhəti var: həssaslıq. Onlar qorxur, ağlayır, gizlənməyə çalışır. Belə uşaqları incitmək və hirsləndirmək çox asandır. Qurbanların nümayiş etdirdiyi zəiflik məhz bullinqi törədənlərin arzuladıqları davranışdır. Bu reaksiya bullinqi törədən şəxsə uzunmüddətli məmnunluq hissi “bəxş edir” .