Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
"Medicina" xəbər verir ki, oxu.az əldə etdiyi məlumata görə, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.
Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib. Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.
Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.
17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.