AZ

Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - YENİLƏNİB

"Biləsuvarda şagirdin intihar etməsi ilə bağlı Şərqi-Zəngəzur Regional Təhsil İdarəsində araşdırma aparılır".
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib. "Biləsuvarda şagirdin (müəyyən səbəblərdən ad və soyad qeyd edilmir ) intihar etməsi barədə məlumatlıyıq. Hadisə ilə bağlı hazırda Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır", - deyə qurumdan bildirilib. *** 15:27 Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub. Manset.az Oxu.az-a istinadən xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub. Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib. Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib. Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib. 17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
16
manset.az

10Mənbələr