AZ

DSX-nin zabitini maşın vurub öldürdü - FOTO

Fevralın 9-da Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində “Toyota” markalı avtomobil yolu keçən piyada Şeydabəy Qəhrəmanovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Unikal.az-ın məlumatına görə, vəfat edən Ş.Qəhrəmanov Dövlət Sərhəd Xidmətinin mayoru olub.

Seçilən
27
3
azpolitika.info

6Mənbələr