1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, şəhərin Sahil küçəsində "Opel" və "Renault" markalı avtomobillər toqquşublar.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb, yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1987, 1988, 1997-ci il təvəllüdlü 3 şəxs (cinsi kişi) və 1987-ci il təvəllüdlü 1 şəxs (cinsi qadın) hospitalizasiya olunublar.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.

