1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Uşaqlarda yad cismin udulması halı yaşanarsa, valideynlər öncə çöpçüyə yox, mütəxəssislərə müraciət etsinlər".
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev nazirliyin "Instagram" hesabındakı "Uşaqlarda yad cismin udulması" mövzusunda canlı yayım zamanı bildirib.

O deyib ki, tibbi savadı olmayan şəxslərin sözügedən hallara müdaxiləsi düzgün deyil:
"Bu işlə mütəxəssislər məşğul olmalıdır. Əgər uşaq yad cisim udubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki çöpçülər həyati təhlükə yarada biləcək hallara yol verir. Biz çöpçülərdən gələn ağır halları görürük".