Kremlin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Suriyanın yeni rəhbəri Əhməd əl-Şaraa ilə danışıb.
Söhbət zamanı Putin Rusiyanın Suriyadakı sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, o cümlədən onun sakinlərinə humanitar yardım göstərməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, Moskva “Suriyanın birliyini, suverenliyini və ərazi bütövlüyünü əsaslı şəkildə dəstəkləyir.
Putin həmçinin bildirib ki, “ölkədə vəziyyətin normallaşmasına nail olmaq, aparıcı siyasi qüvvələrin və əhalinin etno-konfessional qruplarının iştirakı ilə Suriyalərarası dialoqu aktivləşdirmək vacibdir”.
Nigar