AZ

Putin ilk dəfə Əhməd əl-Şara ilə danışdı


Rusiya Prezidenti Vladimir Putin Suriyanın keçid dövrü prezidenti olan Əhməd əl-Şaraa ilk rəsmi danışıqlarını aparıb.
Yeniavaz.com
xəbər verir kik, Kremlin mətbuat xidməti telefon danışığının konstruktiv, işgüzar və mənalı xarakter daşıdığını bildirib.
Bildirilib ki, Putin və əl-Şaraa Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar:
“Putin həmsöhbətinə Suriya xalqının rifahı naminə ölkənin yeni rəhbərliyi qarşısında duran vəzifələrin həllində uğurlar arzulayıb, həmçinin Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə prinsipial mövqeyini qeyd edib.
Putin həmçinin Rusiyanın Suriyadakı sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına kömək etməyə, o cümlədən ölkə sakinlərinə humanitar yardım göstərməyə hazır olduğunu təsdiqləyib.
Ticarət-iqtisadi, təhsil və digər sahələrdə praktiki əməkdaşlığın bir sıra cari məsələlərinə toxunulub, xüsusən də Rusiya idarələrarası nümayəndə heyətinin Dəməşqdə bu yaxınlarda apardığı danışıqları nəzərə alaraq. İkitərəfli əməkdaşlığın inkişafı üçün geniş gündəliyin hazırlanması üçün bu tip faydalı təmasların davam etdirilməsi razılaşdırılıb”.
Seçilən
6
40
yeniavaz.com

10Mənbələr