AZ

ABŞ da rusiyalı məhbusu azad etdi

ABŞ-də həbsdə olan Rusiya vətəndaşı Aleksandr Vinnik Rusiyaya təhvil verilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına enib.

Vinniki daşıyan təyyarənin İstanbuldan Moskvaya uçduğu bildirilir.

Qeyd edək ki, Vinnik kriptovalyuta birjası vasitəsilə çirkli pulların yuyulmasında ittiham edilmişdi. O, 2017-ci il iyulun 25-də, Yunanıstanda məzuniyyətdə olduğu vaxt ABŞ-nin tələbi ilə həbs edilib.

Xatırladaq ki, Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi həyata keçirilib. Bir neçə gün öncə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvaya səfər edib. Həmin səfərdən sonra Rusiyada həbsdə olan amerikalı diplomat Mark Foqel azad olunaraq Vaşinqtona göndərilib.

Seçilən
33
8
qafqazinfo.az

10Mənbələr