Bakı. Trend:
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyindəolan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 16rezidenti və 2 qeyri-rezidenti var.
İZİA-dan Trend-ə verilənməlumata görə, bu 18 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkınaümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması,1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Məlumata görə, bugünədək Sənaye Parkında görülmüş işlərərezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiyayatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.
Parkın 30%-dən çox hissəsi sahibkarların istifadəsinəverilib.
Parkda hazırda 1 müəssisə fəaliyyət göstərir, 5-dən çoxmüəssisənin isə tikintisi istiqamətində işlər davam etdirilir.