AZ

«Rabitəbank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

2024-cü ildə “Rabitəbank”ın ümumi gəlirləri əhəmiyyətli dərəcədə artaraq 166 263 000 manata çatıb. Bu, 2023-cü illə müqayisədə 24 006 000 manat və ya 16,9%-lik artım deməkdir. 

“Rabitəbank” ASC 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb - MƏNFƏƏTDƏDİR

Bankın əsas qazanc mənbəyi olan kredit faizlərindən gəlirlər yüksəlib. 2023-cü il bu rəqəm 79 532 000 manat idisə, ötən ildə bu göstərici 100 557 000 manata qədər artıb. Bu, 21 025 000 manat və ya 26,4%-lik artımdır. Bununla yanaşı, kredit faizlərinin ümumi gəlirdəki çəkisi 56%-dən 60%-ə yüksəlib. 

Komissiya gəlirləri məbləğ olaraq artsa da, ümumi gəlirdə payı azalıb. 2023-cü ildə bank bu istiqamətdən 36 896 000 manat gəlir əldə edib. 2024-cü ildə isə bu məbləğ 38 431 000 manata çatıb. Artım 1 535 000 manat və ya 4,2% olsa da, ümumi gəlirdə payı 26%-dən 23%-ə enib. 

Valyuta əməliyyatlarından əldə olunan gəlirlər isə azalıb. Əgər 2023-cü ildə bank bu mənbədən 4 044 000 manat qazanmışdısa, 2024-cü ildə bu göstərici 3 537 000 manata düşüb. Bu, 507 000 manat və ya 12,5%-lik azalma deməkdir. Ümumi gəlirdəki çəkisi isə 3%-dən 2%-ə enib. 

Qiymətki kağızlardan əldə olunan faiz gəlirləri üzrə ciddi yüksəliş qeydə alınıb. Bank 2023-cü ildə 6 536 000 manat gəlir əldə edib, 2024-cü ildə isə gəlirin həcmi 2 445 000 manat və ya 37,4% artaraq 8 981 000 manata yüksəlib. Bu artıma baxmayaraq, ümumi gəlirdəki payı dəyişməyərək 5% səviyyəsində qalıb. 

Bankın digər maliyyə mənbələri üzrə göstəriciləri fərqli istiqamətlərdə dəyişib. Digər banklarda yerləşdirilmiş depozitlərdən gəlirlər 4 216 000 manatdan 3 556 000 manata qədər azalıb. Bu, 660 000 manat və ya 15,6%-lik azalma deməkdir. Bu sahənin ümumi gəlirdəki çəkisi də 3%-dən 2%-ə enib. 

Əvəzində bankın digər banklara verdiyi kreditlərdən əldə etdiyi gəlirlər artım göstərib. 2023-cü il bank bu mənbədən 798 000 manat qazanıb, 2024-cü ildə isə bu məbləğ daha 263 000 manat və ya 32,9% artaraq 1 061 000 manata yüksəlib. Ümumi gəlirdəki payı isə əvvəlki kimi 1% olaraq qalıb. 

Digər faiz gəlirləri üzrə ən yüksək artım qeydə alınıb. 2023-cü ildə cəmi 41 000 manat olan bu göstərici, 2024-cü ildə 131 000 manata yüksəlib. Bu, 90 000 manat və ya 219,5%-lik artımdır ki, bu da bankın gəlir strukturu daxilində ən kəskin yüksəlişdir. Bununla belə, ümumi gəlirdəki payı 1% səviyyəsində dəyişməz qalıb.

Digər qeyri-faiz gəlirləri isə əvvəlki illə müqayisədə cüzi azalıb. Bankın ötən il 10 009 000 manat həcmində digər qeyri-faiz gəlirləri formalaşıb. 2023-cü ildə isə bu həcm  10 194 000 manat təşkil edirdi. Bu, 185 000 manat və ya 1,8%-lik azalma deməkdir. Lakin ümumi gəlirdəki payı 5%-dən 6%-ə yüksəlib.

Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

100 557

60%

Komissiya haqları

38 431

23%

Valyuta əməliyyatlarından gəlirlər

3 537

2%

QK-a investisiyadan gəlir

8 981

5%

Digər banklara depozitlərdən gəlirlər

3 556

2%

Digər banklara kreditlərdən gəlirlər

1 061

1%

Digər faiz gəlirləri

131

1%

Digər qeyri-faiz gəlirləri

10 009

6%

 

 

 

CƏMİ GƏLİRLƏR

166 263

100%

Seçilən
37
10
fed.az

10Mənbələr