AZ

Avropa liderləri Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edəcəklər

Bu gün Parisdə keçiriləcək fövqəladə sammitdə Avropa liderləri atəşkəsə nəzarət etmək üçün Ukraynaya sülhməramlıların göndərilməsi imkanını müzakirə edəcəklər.

“İki sahil” xəbər verir ki,  bu barədə adının açıqlanmasını istəməyən üç məmur "Financial Times" qəzetinə bildirib. Hələlik, onların fikrincə, Almaniya bu təşəbbüsə ehtiyatla yanaşır.

Bu ərəfədə Britaniyanın baş naziri Keir Starmer təhlükəsizlik zəmanətlərini təmin etmək üçün atəşkəsdən sonra Britaniya qoşunlarını Ukraynaya göndərməyə hazır olduğunu bəyan edib. Associated Press yazıb ki, Avropa ölkələri, xüsusən də Fransa və Böyük Britaniya müvafiq plan üzərində “gizli” işləyirlər, lakin Ukraynadakı təmas xəttinin necə olacağından çox şey asılıdır. Agentliyin mənbələri vurğulayıblar ki, sülhməramlı qüvvələrin tərkibi də sülh sazişinin detallarından asılıdır.

Almaniya, İtaliya, Polşa, İspaniya, Hollandiya, Danimarka və Böyük Britaniya hökumət başçılarının iştirak edəcəyi Parisdə fövqəladə sammit ABŞ-ın Rusiya ilə sülh yolu ilə nizamlanması üzrə təmasları fonunda Avropa ölkələri arasında məsləhətləşmələr üçün təşkil edilib. Sammitin məqsədi bu məsələdə ümumi Avropa mövqeyinin razılaşdırılmasıdır. “Kommersant”ın əldə etdiyi məlumata görə, fevralın 18-də Ər-Riyadda Rusiya rəsmi nümayəndə heyətinin iştirakı ilə Ukrayna üzrə danışıqların keçirilməsi planlaşdırılır.

Seçilən
37
14
ikisahil.az

10Mənbələr