AZ

Fransa: Avropa qoşunlarının Ukraynaya göndərilməsi gündəmdə deyil – ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barraud Avropa qoşunlarının Ukraynaya göndərilməsinin hazırda müzakirə mövzusu olmadığını bildirib.

"Bu məsələ müzakirə olunmur. Heç kim bu gün Ukraynaya qoşun göndərmək niyyətində olduğunu deməyib. Biz sülh istəyirik," - deyə o, France Info TV-yə açıqlamasında bildirib.

Barraud həmçinin Avropa İttifaqının Ukraynaya təhlükəsizlik zəmanətləri verməsi ilə bağlı müzakirələri də vaxtsız hesab edib:

"Bu zəmanətlər nə ola bilər? Bu barədə danışmaq hələ tezdir. Bu məsələ sülh təmin olunanda gündəmə gələcək."

Nazir Ukraynada qoşun yerləşdirilməsi ilə bağlı əlavə şərh verməkdən imtina edərək, "belə həssas bəyanatlar mediada səsləndirilmir" deyib.

Fransa Prezidenti Emmanuel Makron fevralın 17-də Parisdə Almaniya, İtaliya, Polşa, İspaniya, Niderland, Danimarka və Böyük Britaniya liderləri ilə qeyri-rəsmi görüş keçirib. Görüşə Avropa Komissiyası və Avropa Şurasının rəhbərləri, eləcə də NATO-nun Baş katibi dəvət olunub. Elysee Sarayı görüşdən öncə bildirmişdi ki, müzakirələrdə Ukraynaya verilə biləcək təhlükəsizlik zəmanətləri məsələsi də nəzərdən keçiriləcək.

Bundan əvvəl, The Daily Telegraph qəzetinə yazdığı məqalədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirmişdi. Lakin o, mümkün yerləşdirmənin ABŞ-ın zəmanətlərindən asılı olacağını vurğulamışdı. Starmer gələn həftə Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampla "uzunmüddətli sülhün əsas elementləri"ni müzakirə etməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
14
olaylar.az

10Mənbələr