Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ prezidenti Donald Trampa Ukraynaya 30 min avropalı hərbçi göndərmək planını təqdim edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Telegraph" nəşri yazıb.
O, Trampla görüşendə Vaşinqtonun vasitəçiliyi ilə Avropa qoşunlarının atəşkəs rejiminə necə əməl edə biləcəyi barədə ətraflı məlumat verəcəyi gözlənilir.
Planlarla tanış olan Qərb rəsmilərinin dediyinə görə, o, Rusiyanın atəşkəsi pozacağı təqdirdə Şərqi Avropada Amerika döyüş təyyarələri və raketlərinin hazır vəziyyətdə saxlanmasını təkid edəcək.
Bildirilir ki, bu həftə Parisdə Avropa liderlərinin fövqəladə sammitində "təhlükəsizlik qüvvələri"nin yaradılması planı təqdim edilib.
Starmer deyib ki, Britaniya lazım gələrsə, sülhü qorumaq üçün Ukraynaya qoşun göndərməyə hazırdır, lakin Almaniya, Polşa və İspaniya da daxil olmaqla bəzi Aİ ölkələri Ukraynaya sülhməramlılar göndərmək istəmədiklərini bildiriblər.