AZ

Britaniya Ukraynaya qoşun göndərməyə HAZIRDIR - RƏSMİ

Britaniyanın baş naziri Keir Starmer ölkəsinin lazım gələrsə, təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Ukraynaya qoşun yeritməyə hazır olduğunu bildirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə o, “Telegraph” qəzetindəki məqaləsində bildirib.

Starmer Britaniya qoşunlarının təhlükəsizliyi ilə bağlı məsuliyyəti dərk etdiyini, lakin Ukraynaya yardımın Avropanın və Britaniyanın özünün təhlükəsizliyini təmin edəcəyinə inandığını qeyd edib.

“Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır. Bu, həm də lazım gələrsə, qoşunlarımızı ölkə ərazisinə daxil etməklə Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə töhfə verməyə hazır olmaq və istəyi deməkdir”, - o yazıb.

Starmer əlavə edib ki, yaxın günlərdə ABŞ prezidenti Donald Trampla görüşəcək. Bu görüşdə o, ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyi planlaşdırır.

Məqalədə o qeyd edir ki, Tramp Avropanın təhlükəsizlik xərclərini artırmalı və NATO-da daha böyük rol almalı olduğunu söylədikdə haqlıdır. "Biz öz müdafiəmizə ciddi yanaşdığımızı göstərməliyik", - Starmer bildirib.

ifadetv.com

Seçilən
12
14
hurriyyet.az

10Mənbələr