AZ

Ağdamda yol qəzası olub

Ağdamda bir nəfərin ölümü, 3 nəfərin xəsarət almasıyla nəticələnın qəza baş verib.Hadisə rayonun işğaldan azad olmuş Xıdırlı kəndi ərazisində baş verib. SİA-nın əldə etdiyi məlumata görə, hərəkətdə olan "VAZ"2107 markalı avtomobil idarəetməni itərərək yoldan çıxaraq aşıb.

Nəticədə Allahverənov Ilyas Allahyar oğlu hadisə yerində həyatını itirib. Avtomobildə olan 1992-ci il təvəllüdlü Məmmədov Natiq Zakir oğlu, 1997-ci il təvəllüdlü Əmənov Elmin Arzu oğlu və 1991-ci il təvəllüdlü Cəfərov Amik Rafiq oğlu ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
3
22
sia.az

10Mənbələr