Güclü qar yağışı səbəbindən təxirə salınan “Zirə” – “Kəpəz” qarşılaşmasının yeni tarixi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Qurumun qərarına əsasən, matç 24 fevral tarixində Zirə İdman Kompleksində keçiriləcək.
Qarşılaşma saat 16:00-da başlanacaq.