AZ

“Express Bank”ın problemli kreditləri 9 milyonu ötdü

“Express Bank” 2024-cü ildə müştərilərə 501 milyon 960 min manat dəyərində kredit verib.

Valyuta.az xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 22,6% çoxdur. 

2023-cü ildə müştərilərə verilən kreditlərin həcmi 409 milyon 253 min manat təşkil edib.

2024-cü ildə “Express Bank”da vaxtı keçmiş kreditlərin həcmi 9 milyon 207 min manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 54,6% və ya 3 milyon 253 min manat çoxdur. 

2023-cü ildə bankın vaxtı keçmiş kreditlərinin həcmi 5 milyon 954 min manat təşkil edib.

Vaxtı keçmiş kreditlərin 2 milyon 060 mini ticarət sahəsində fəaliyyət göstərənlərə, şəxsi, ailəvi və sair kreditlər 5 milyon 304 min manat, qeyri istehsal sahəsi üzrə 1 milyon 062 min manat, sənaye üzrə 388 min manat, kənd təsərrüfatı sahəsi üzrə 358 min manat, tikinti sahəsi üzrə 33 min manat təşkil edib. 

Qeyd edək ki, Seyidov Hafiz Mirzağa oğlu bankın səhmlərinin 19,98%-nə, onun qanuni təmsilçisi olduğu “Azenco Group” MMC isə səhmlərin 48,78%-nə, “Enerqoservis” MMC səhmlərin 30,85%-nə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə səhmlərin 0,38%-nə sahibdir. Mediayada yayılan məlumatlarda “Expressbank”ın, həmçinin onun əsas səhmdarı “Azenco Group”un "Azərenerji"nin sabiq prezidenti Etibar Pirverdiyevə aid olduğu bildirilir.

Nara

Seçilən
162
1
valyuta.az

10Mənbələr