ABŞ-ın Corciya ştatında “Delta Air Lines” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan bir müddət sonra salonunun tüstü ilə dolması səbəbindən təcili eniş edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi (FAA) açıqlama yayıb.
Məlumata görə, “Boeing 717” sərnişin təyyarəsi Atlanta Hartsfield-Jackson Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra salonunda görünən duman və ya tüstü səbəbiylə hava limanına geri qayıdıb.
İçərisində 94 sərnişin, 2 pilot və 3 stüardessa olan təyyarə təhlükəsiz eniş edib.
Şirkət rəsmiləri problemə görə sərnişinlərdən üzr istəyib, problemin mənbəyi ilə bağlı araşdırma başlandığı qeyd olunub.